Əri tərəfindən başı kəsilən qadının anası danışdı - TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB
01 noyabr 2019 21:12 (UTC +04:00)

Əri tərəfindən başı kəsilən qadının anası danışdı - TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB

Salyanda qətlə yetirilən qadının anası hadisənin bəzi təfərrüatları barədə danışıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12 radələrində Salyan şəhəri Ağa Mirbağır Bağırzadə  küçəsində qətl hadisəsi baş verib. 
 
Salyan şəhər sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynalabdin oğlu Hüseynov depressiya halında Y.Zərgərli küçəsində evinə yollanan zaman yaxınlıqda yaşayan 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Daha sonra yaşadığı  evə gedərək orada həyat yoldaşı, 1983-cü il təvəllüdlü İlahə Abdurrəhman qızı Hüseynovanı başından, boynundan və bədəninin digər nahiyələrindən 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qətl hadisəsini törətdikdən sonra özünə də çoxsaylı bıçaq xəsarətləri yetirərək qollarını doğrayıb. Başından və bədənindən xəsrət alan Zaur Sadıqov xəstəxanaya yerləşdilib. Nahid Hüseynov isə xəstəxanada ambulator yardım göstərildikdən sonra polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.  
 
Qətlin təfərrüatları barədə bəzi məlumatlar əldə edilib. Qətlin qısqanclıq zəminində baş verdiyini deyən mərhum İ.Hüseynovanın anası Ağannə Axundova APA-ya bildirib ki, kürəkəni qızına şər atıb: “Guya o başqası ilə gəzirmiş. 12 il idi ki, əri qızımı evində dustaq kimi saxlayırdı. Öldürməzdən əvvəl qızımın başına bıçaqla vuraraq onu eləmədikləri əməlləri barədə yazmağa məcbur edib. Bundan sonra 3 övladının gözü qarşısında başını kəsərək öldürüb. Narkotik istifadəçisi idi. Özü də ağırından istifadə edirdi. Həm də narkotik satırdı, başdan ayağa kriminal idilər”.
 
Hələlik N. Hüseynov tərəfindən bıçaqlanan Zaur Sadıqovun baş verən hadisəyə hansı dərəcədə aidiyyəti olduğunu istintaq araşdırır. Onun bildirdiyinə görə, N.Hüseynovun sadəcə tanış olublar. Əlavə edib ki, onunla sıx münasibətləri olmayıb.
Faktla bağlı istintaq işləri davam etdirilir.
 
 
 *****
 
13:07
 
Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Belə ki, noyabrın 1-i saat 12 radələrin Salyan rayonu ərazisində 1983-cü il tevelludlu İlahə Hüseynovanın üzərində bıçaq xəsarətli olan meyitinin yasadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla hadisənin zərərçəkmişin həyat yoldaşı 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub.
 
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5610
avatar

Oxşar yazılar