Restoranda işləyən qadını maşın vurub öldürdü - FOTO
11 fevral 2022 21:25 (UTC +04:00)

Restoranda işləyən qadını maşın vurub öldürdü - FOTO

0

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.
1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu “Chevrolet” markalı avtomobillə vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4130

Oxşar yazılar