Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.
Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar