Regional Təhsil İdarəsində MƏNİMSƏMƏ:  Cinayət işi AÇILDI
02 may 2023 15:27 (UTC +04:00)

Regional Təhsil İdarəsində MƏNİMSƏMƏ: Cinayət işi AÇILDI

Dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə)  maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Oxşar yazılar