Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları Biləsuvar şəhəri ərazisində yas mərasiminin keçirildiyini müəyyən ediblər. Rayon Polis Şöbəsi əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.
Yas mərasimini təşkil edən rayon sakini Ş.Abbaszadə barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib