Rayonda ov edən ata və oğlu saxlanıldı
27 dekabr 2022 13:40 (UTC +04:00)

Rayonda ov edən ata və oğlu saxlanıldı

0

Hacıqabulda qanunsuz ovçulara qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 26-da Abdulabad kəndi ərazisində qanunsuz ov edən Göyçay rayon sakinləri E.Səmədov, S.Babayev və onun oğlu saxlanılıb.

S.Babayevdən “MR-27” və “İJ-18M” markalı ov tüfəngləri, 2 ədəd ov çantası və 8 ədəd giliz götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1759

Oxşar yazılar