Neftçalada iki nəfər dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumata görə, hadisə bu gün səhər saatlarında Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış evində qeydə alınıb. 39 yaşlı Qənbərova Ağabacı Ərəstun qızı dəm qazından zəhərlənərək evdə keçinib, 36 yaşlı Babayev Emin Füzuli oğlu isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.