Rayon sakinlərindən qanunsuz odlu silahlar götürüldü
01 fevral 2022 23:25 (UTC +04:00)

Rayon sakinlərindən qanunsuz odlu silahlar götürüldü

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd  “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar