Rayon sakinlərindən 12 odlu silah götürüldü
11 yanvar 2023 11:34 (UTC +04:00)

Rayon sakinlərindən 12 odlu silah götürüldü

Ötən gün müxtəlif rayon sakinlərindən 12 odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən Salyan və Cəlilabad rayonlarında qanunsuz ov edən 4 nəfər saxlanılıb. Onlardan müxtəlif markalı 4 ədəd ov tüfəngi götürülüb.

Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə yanvarın 9-da rayon sakini Z.Tağıyevin ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı hadisə yerinə baxış zamanı oradan mərhum Z.Tağıyevə məxsus sənədsiz  “İJ-18”, həmçinin həmin vaxt orada olan T.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngləri aşkar olunaraq götürülüb.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar