Rayon sakini polisə silah təhvil verdi
11 dekabr 2021 12:20 (UTC +04:00)

Rayon sakini polisə silah təhvil verdi

0

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, vətəndaşlara edilən müraciət və profilaktiki tədbirlərin nəticəsi olaraq şəhər sakini Müşviq Məsimzadə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini və müxtəlif markalı yivli silahlara məxsus ümumilikdə 67 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar