Şəmkirdə intihar etmək istəyən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Kür qəsəbəsində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.