Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balakişiyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayağının topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən mılumata görə, yaralı xəstəxanaya yerləşdirilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən L.Balakişiyevin qanunsuz saxladığı ov tüfəngi götürülüb.