İmişli sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.