Rayon sakini naməlum sürücü tərəfindən vuruldu
13 fevral 2021 22:21 (UTC +04:00)

Rayon sakini naməlum sürücü tərəfindən vuruldu

Biləsuvar rayonunda piyada xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.

Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1422
avatar

Oxşar yazılar