Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Röya Hüseynov saxlanılıb.
Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.