Tovuzda məktəb direktoru ilə vətəndaş arasında dava olub.
Lent.az-ın APA-ya istiadla xəbərinə görə, hadisə Sahib İsgəndərov adına Əyyublu kənd orta məktəbində qeydə alınıb. Kənd orta məktəbinin həyətində bufet işlətmək istəyən kənd sakini Mehriban Əliyeva ilə təhsil müəssisəsinin direktor əvəzi Gültəkin Hacıyeva arasında mübahisə baş verdiyi, mübahisə zamanı G.Hacıyevanın vətəndaşı döyərək ona xəsarət yetirdiyi bildirilir. Dava zamanı xəsarət alan M.Əliyeva xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan M.Əliyeva tibb müəssisəsinə epileptik tutma ilə daxil olub və ona tibbi yardım göstərilib. Qadını döydüyü iddia olunan G.Nəsibova isə iddiaları qəbul etməyib.
Faktla bağlı hər iki tərəf polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan bildirib ki, sözügedən məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Tovuz rayon Təhsil Şöbəsinin məsləhətçisi Məhəbbət Hüseynova G.Nəsibova faktla bağlı şöbəni məlumatlandırdığını və müvafiq akt tərtib edildiyini deyib.
Araşdırma davam etdirilir.