Qusarda göldə batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB
20 avqust 2022 17:07 (UTC +04:00)

Qusarda göldə batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB

Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Saat: 16:14

Qusarda azyaşlı göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Mehman Nəbiyev

Oxşar yazılar