Qubadlıda traktor aşdı, ölən var
10 mart 2022 10:25 (UTC +04:00)

Qubadlıda traktor aşdı, ölən var

0

Qubadlıda traktor aşıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Xanlıq kəndində, Gəyən düzü deyilən ərazidə Elnur Qurbanovun idarə etdiyi traktor aşıb. Nəticədə traktora qoşulmuş lafetdə oturan Rasim Rəhmanov lafetin altında qalıb. Rasim Rəhmənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qubadlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1850

Oxşar yazılar