Qubada məktəbliyə təcavüz edilib? - Rəsmi CAVAB
19 fevral 2026 17:44 (UTC +04:00)

Qubada məktəbliyə təcavüz edilib? - Rəsmi CAVAB

1

Quba rayonu Zöhrab Əkbərov adına Xucbala kənd tam orta ümumtəhsil məktəbində şagirdə qarşı uyğunsuz davranışla bağlı iddialar yayılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda iddia ilə bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatlarının obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür:

"Məsələ Quba-Xaçmaz Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Hazırda iddia ilə bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatlarının obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş olunur".

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri oxu.az saytı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 440

Oxşar yazılar