Qonşuların səs-küyündən bezən qadın özünü öldürdü
03 aprel 2024 15:28 (UTC +04:00)

Qonşuların səs-küyündən bezən qadın özünü öldürdü

Rusiyanın Moskva şəhərində yaşlı qadın onu yatmağa qoymayan qonşularına görə intihar edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 75 yaşlı Aleksandra Aleksandrovna qızı Yelena ilə Krasnodonskaya küçəsində yaşayıb. Martın 29-u axşam saatlarında təqaüdçü intihar edib. Qonşu evin tavanında meyiti tapıb və polisə müraciət edib.

Təqaüdçünün otağında intihar qeydi də tapılıb: “Xahiş edirəm, mənim ölümümdə daim qapını döyən və yatmağa imkan verməyən 61-ci mənzildəki qonşularımı günahlandırasınız”.

Yelena, son bir neçə ildə anasının tez-tez səs-küydən şikayət etdiyini söyləyib. Təqaüdçü qonşuların səs-küy saldığına çox əsəbiləşib. Ancaq Yelenanın özü heç bir səs-küy eşitməyib. Yaşlı qadın ölümünə qədərki son üç gün ərzində xəstəliyi səbəbindən heç yatmayıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Oxşar yazılar