Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi edirdi - Mnatsakanyan
17 mart 2025 14:25 (UTC +04:00)

Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi edirdi - Mnatsakanyan

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib.

Lent.az-ın xəbərinə görə, o bildirib ki, polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. “Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim”, -  o bildirib.

 

Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurdu. O, daha sonra bildirib: “Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar

Qəzada yaralanmışdı, 48 gün sonra  öldü

Qəzada yaralanmışdı, 48 gün sonra öldü

23 iyun 2025 , 19:15
Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

23 iyun 2025 , 18:43
Əhməd Oruc gənc oğlunu  itirdi

Əhməd Oruc gənc oğlunu itirdi

23 iyun 2025 , 18:01
Çaydan yeni doğulmuş körpə meyiti  tapıldı

Çaydan yeni doğulmuş körpə meyiti tapıldı

23 iyun 2025 , 17:58
Aktyor tamaşa zamanı infarktdan öldü

Aktyor tamaşa zamanı infarktdan öldü

23 iyun 2025 , 17:43
Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

23 iyun 2025 , 17:22
Bəhruz Səmədova HÖKM OXUNDU

Bəhruz Səmədova HÖKM OXUNDU

23 iyun 2025 , 16:27
Bakıda KURYOZ:  həbsdəki xalası oğluna sümüyün içində  narkotik gətirdi

Bakıda KURYOZ: həbsdəki xalası oğluna sümüyün içində narkotik gətirdi

23 iyun 2025 , 16:16