Leninqrad vilayətinin Miçurinsk qəsəbəsində polis qonağından şorba hazırlayan 54 yaşlı yerli sakini saxlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, meyiti kəsən kişini qardaşı tapıb və polisə müraciət edib. Sobanın üstündə olan qazanda insan cəsədinin parçaları, həmçinin kartof və bulyon tapılıb.
İstintaqın məlumatına görə, zərərçəkmiş dostuna baş çəkməyə gəlib və onlar spirtli içki qəbul etməyə başlayıblar. Ziyafət zamanı onların arasında münaqişə yaranıb və bu zaman ev sahibi qonağa bir neçə bıçaq zərbəsi vurub. Bundan dərhal sonra kişi qurbanı parçalamağa başlayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs nəzarətə götürülüb.