Qohumunun 243 milyonunu  oğurladı
31 avqust 2023 14:06 (UTC +04:00)

Qohumunun 243 milyonunu oğurladı

Zəngin moskvalının külli miqdarda pulu oğurlanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, varlı moskvalı dəbdəbəli ev almağa hazırladığı 243 milyon rubl (təxminən 4 milyon 276 min 800 manat) pulun daşınması üçün qohumundan kömək istəyib. Qohumu təkliflə razılaşıb və özü ilə dostunu da gətirib. Yolda milyonçu, qohumundan Taqanroqskaya küçəsindəki mağazanın yanında dayanmağı xahiş edib. Geri qayıdanda görüb ki, qohumu, dostu və pulu olan maşın yoxdur.

Zərərçəkmiş polisə müraciət edib. Bundan sonra asayiş keşikçiləri oğruların avtomobili tərk edərək İnquşetiyaya getdiklərini biliblər. Orada onlar polis tərəfindən saxlanılıb, oğurlanmış pulların bir hissəsi götürülüb.

Hazırda oğrulara qarşı mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda oğurluq maddəsi ilə iş açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23070
avatar

Oxşar yazılar