Qızını qətlə yetirən ATA TUTULDU  - YENİLƏNİB
07 mart 2022 09:32 (UTC +04:00)

Qızını qətlə yetirən ATA TUTULDU - YENİLƏNİB

0

Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Respublika Baş Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

***

02.45

Füzulidə ata evdə qızını qətlə yetirib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki,hadisə Qarabağ kəndində qeydə alınıb.

Kəndi sakini, Ağarəhim Əsədov ailə münaqişəsi zəminində qızı 1989-cu il təvəllüdlü Əsədova Ramiləni bıçaqla qətlə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5553

Oxşar yazılar