Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin 5 mikrorayonunda qeydə alınıb.
Samux rayonunun İnstitut qəsəbə sakini 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə qolunu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Xəstənin yarası tikilib vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, İ Baxışzadəni Tural adlı şəxs bıçaqlayıb. Hadisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə tərəflər arasında mübahisə qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır