Qız qaçıran qazi ÖZÜNÜ YANDIRDI
10 iyul 2024 10:43 (UTC +04:00)

Qız qaçıran qazi ÖZÜNÜ YANDIRDI

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib.

Lent.az oxu.az-a istinadən xəbər verir ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb:

"Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə E.Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Qızın ailəsi məhkəmədə E.Əliyevdən 1 000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Qız əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub.

Elnur Əliyev isə tutulacağını düşünərək təlaşlanıb. Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi.

Amma üzərindən 10 dəqiqə keçmişdi səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub".

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib:

"Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:

"Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".

Lent.az-ın əldə etdiyi məlumata görə, artıq Cəlilabad rayon prokurorluğunda hadisə ilə bağlı araşdırmalara başlanıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4005
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10