Rusiyanın Leninqrad vilayətinin Murino şəhərinin sakini qızını ölü kişi ilə yataqda tapıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qız anasına zəng edərək özünü yaxşı hiss etmədiyini bildirib. Tezliklə ana gəlib qızının əşyalarını qoyub işə qayıdıb. Qızın otaq yoldaşının da həmin an mənzildə olduğu ehtimal edilir.
Qadın axşam saatlarında qızına yenidən baş çəkmək qərarına gəlib. Lakin o, qızının kişi meyiti ilə çarpayıda uzandığını görüb.
Müstəntiqlər 29 yaşlı kişinin ölüm şəraitini və səbəblərini araşdırır.
Bildirilir ki, mənzildə münaqişə əlaməti olmasa da, hər yerdə boş butulkalar olub.