Kəlbəcərdə qəzada xəsarət alan sürücü xəstəxanada ölüb.
Lent.az-ın xəbərinə görə, 02.11.1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu martın 13-də idarə etdiyi "HOVO" markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Lətif Əhmədov 16 mart 2024-cü il tarixdə saat 09:30-da müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında ölüb.
Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.