Qəzada xəsarət alan Gəncə sakini xəstəxanada öldü
14 mart 2021 08:32 (UTC +04:00)

Qəzada xəsarət alan Gəncə sakini xəstəxanada öldü

0

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ağır yaralan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğludur.

Qeyd edək ki, hadisə  ötən gün səhər saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub. 

Qəza zamanı R.Abdullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1700

Oxşar yazılar