Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.
Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.
Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.
Qoşqar Sadıqov Qroznıda çalışırmış./APA