Qəzada bir maşında 5 nəfər yaralandı - İkisi azyaşlıdır
07 fevral 2021 22:08 (UTC +04:00)

Qəzada bir maşında 5 nəfər yaralandı - İkisi azyaşlıdır

0

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. 

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. 

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər - sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1632

Oxşar yazılar