Sabirabadda baş verən qəzada xəsarət alan qadın xəstəxanada ölüb.
APA-nın xəbərinə görə, qəzada xəsarət alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı ölüb.
***
saat 02.35
18 yaşlı yeniyetmənin ayağı amputasiya edilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb.
Kürkəndi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Rafiq Zabil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək yüksək sürətlə divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı, onun övladları 1999-cu il təvəllüdlü Aysel və 2002-ci il təvəllüdlü Ülvi Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib. Sonuncunun ayağı travmatik amputasiya olunub, ana isə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə FHN Sabirabad Yanğından Mühafizə Xidmətinin xüsusi xilasetmə briqadası cəlb edilib. Avtomobildə sıxılıb qalan şəxsi xüsusi avadablığın köməyi ilə çıxararaq təcili yardım işçilərinə təhvil veriblər.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
***
01.26
Sabirabdda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan birinin ayağı travmatik amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.