Sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekti ərazisində şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.