Qəbələdə qətllə bağlı saxlanılan qadın həbs edildi
09 mart 2022 20:59 (UTC +04:00)

Qəbələdə qətllə bağlı saxlanılan qadın həbs edildi

0

Qəbələdə qızın öldürülməsi ilə bağlı saxlanılan Rüfanə Nəbiyeva həbs edilib.

 Baş Prokurorıuğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonu ərazisində Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Rüfanə Nəbiyeva Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.     
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2425

Oxşar yazılar