Qəbələdə intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zarağan kəndində baş verib. Kənd sakini 49 yaşlı Əbdürəhmanov Elşən Elxan oğlu özünü yaşadığı fərdi yaşayış evinin həyətində olan qoz ağacının budağından asıb. Onun asılmış meyiti oğlu Əbdürahmanov Vüsal Elşən oğlu tərəfindən aşkar edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.