Qəbələdə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Savalan kəndində baş verib. Kənd sakini 52 yaşlı Babazadə Namiq İkram oğlu yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq, özünü öldürüb.
Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.