Qəbələdə 10 gün əvvəl qəzaya düşən sürücü ölüb.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 1-də Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində baş verib. Seymur Zamanovun idarə etdiyi "VAZ-2107" və Əmrah Qasımovun idarə etdiyi "QAZ-53" markall avtomobillər toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü S. Zamanov xəsarət alıb, sərnişini Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.
Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Seymur Zamanov aldığı xəsarətlərdən oktyabrın 11-də xəstəxanada vəfat edib.
Araşdırma aparılır.