Qazaxda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. M. Mahmudovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə İ. Musayevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Bu zaman hər iki avtomobil piyada Ş. Mustafayevanı vurub.
Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.