Qazaxda 5 ton çətənə məhv edildi-FOTO
06 iyun 2023 08:14 (UTC +04:00)

Qazaxda 5 ton çətənə məhv edildi-FOTO

0

Qazaxda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan, 12500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1915

Oxşar yazılar