Qazax sakininin evindən qumbara və narkotik tapıldı - FOTO
17 iyun 2023 10:47 (UTC +04:00)

Qazax sakininin evindən qumbara və narkotik tapıldı - FOTO

0

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı, həmçinin narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1804

Oxşar yazılar