Qazanaçdıya hazırladığı pulu cəriməyə ödədi - BƏY CƏZALANDIRILDI
10 aprel 2021 13:34 (UTC +04:00)

Qazanaçdıya hazırladığı pulu cəriməyə ödədi - BƏY CƏZALANDIRILDI

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar