Qaxda reyd
11 fevral 2023 18:13 (UTC +04:00)

Qaxda reyd

Qaxda yolu piyada keçidlərindən keçməyənlər cərimələndi - FOTO

0

Qaxda keçidlərdən istifadə etməyən piyadalarla bağlı profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, xüsusilə də şəhərin mərkəzi küçə və prospektlərində keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək özlərinin, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlara qaydalar barədə ətraflı məlumat verilib və bu kimi halların piyadaların xəsarət almasına, bəzi hallarda həyatını itirməsinə səbəb olduğu izah edilib.

Aparılan maarifləndirici tədbirlərə baxmayaraq analoji qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3437

Oxşar yazılar