Qax rayonunda polis sənədsiz silahlar aşkar edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.
Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.