Qaxda itkin düşən kişinin  meyiti   tapıldı
02 avqust 2023 18:24 (UTC +04:00)

Qaxda itkin düşən kişinin meyiti tapıldı

0

Qaxda çobanın yaylağa aparan zaman itkin düşmüş kişinin meyiti tapılıb.

Lent.az bildirir ki, Qax rayonu İlisu kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, 11 gün əvvəl Qax rayonu, Sarıbaş kənd inzibati ərazisinin yaxınlığında yüksək və çətin relyefli Alagöz dağının yaylağında itkin düşən, rayonun İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti axşam saatlarına yaxın İlisudan Sarıbaş kəndinə gedən yolun üstündə, Dağküsən dağı ərazisində tapılıb. R. Kamallının meyitini düşürmək üçün əraziyə İlisu kənd sakinləri, mərhumun yaxınları və müvafiq qrum nümayəndələri gedib.

Qeyd edək ki, R. Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, DİN-in Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2986

Oxşar yazılar