Qartopu oyunu  silahlı qarşıdurmaya   çevrildi: Yaralılar var - VİDEO
13 mart 2022 19:14 (UTC +04:00)

Qartopu oyunu silahlı qarşıdurmaya çevrildi: Yaralılar var - VİDEO

0

İstanbulun “Tophane” parkında təxminən 50 nəfərlik iki qrup arasında başlayan qartopu oyunu silahlı döyüşə çevrilib.

Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, silahlardan istifadə edilən davada 6 nəfər yaralanıb.

Dava anları təhlükəsizlik kameralarına da düşüb. 

Polis qrupları, silahla atəş açan da daxil olmaqla cəmi 4 nəfəri nəzarətə götürüb, yaralılar isə xəstəxanaya aparılıb.

Məlumata görə, hadisə martın 12-də axşam yerli vaxtla saat 21:15-də baş verib. Parka gələn təxminən 50 nəfərdən ibarət 2 qrup qartopu oynamağa başlayıb. Bir müddət əylənən qruplar arasında qartopu atdıqları üçün mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra iki qrup yumruq və təpiklə bir-birinə hücum edib. Davam edən davada iştirakçılardan biri silahını çıxararaq qarşı qrupa güllə yağdırıb. Qəfil baş verən silahlı qarşıdurmada 6 nəfər bədənlərinin müxtəlif yerlərindən yaralanıb.


 

Qartopu oyunu silahlı qarşıdurmaya çevrildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3170

Oxşar yazılar