Astarada qarlı yolda maşın sürüşüb, ata ölüb, oğul yaralanıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin məlumat veib.
Dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib.
Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq orada ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu R.Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.