Qarlı-şaxtalı hava səbəbindən nəqliyyat vasitələrinin hərəkəti dayanan Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin bərpası üçün işlər aparılır.
APA-nın xəbərinə görə, hazırda yolun 41-46 km ərazisində xidmət göstərən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən yolda qalan sürücülərə köməklik göstərilir, avtomobillərin təhlükəsiz əraziyə çıxarılması təmin olunur.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarından etibarən Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində ciddi problemlər yaranıb.