Ukraynada daha bir azərbaycanlı həlak olub.
Lent.az-ın məlumatına görə, Mahmudov Ramiz Mahmud oğlu faciəvi şəkildə dünyasını dəyişib. Bildirilir ki, həmyerlimiz Rusiya ordusunun atdığı artilleriya zərbələri nəticəsində dünyasını dəyişib.
Digər iddiaya görə isə R. Mahmudov Ukrayna ordusunun qumbaraatanlardan açdığı atəşlə həlak olub.
Qeyd edək ki, Qax rayonundan olan R. Mahmudov Qarabağ əlilidir. O, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin üzvü idi..