İstanbul Hava Limanında “Türk Hava Yolları”na məxsus “Turkish Cargo”nun istifadəsində olan anbarın damı qar yığını və çovğun səbəbindən uçub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.
O, qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb.