Qapıbir qonşusunu durbinlə izləyib yatağına girdi
15 avqust 2023 19:55 (UTC +04:00)

Qapıbir qonşusunu durbinlə izləyib yatağına girdi

Çelyabinsk vilayətində kişi yatmış qonşusunu zorlamağa cəhd edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Maqnitoqorsk sakini durbinlə üzbəüz evdə yaşayan qadını izləyib. Bu, kişinin gecə qonşusuna təcavüz etmək cəhdindən sonra üzə çıxıb.

Müəyyən edilib ki, o, qonşu qadın giriş qapısını bağlamağı unutduğu üçün onun mənzilinə daxil olub. Axşam qadın yatmağa gedib və gecənin ortasında oyanaraq çarpayının yanında bir nəfəri görüb.

Mənzilə daxil olandan sonra əvvəlcə qadını izləyib, cinsiyyət orqanına toxunub. Qadın oyananda qaçmağa çalışıb.

Bildirilir ki, avqustun 12-də çılpaq 44 yaşlı kişi 29 yaşlı qadına hücum edib. Kişi qadını zorakılıqla hədələməyə başlayıb, lakin zərərçəkmiş müqavimətini dayandırmayıb. Daha sonra mənzildən qaçaraq polisə müraciət edib.

Həmin kişinin cinsi təcavüz və zorlamaya cəhd ittihamı ilə iki ay müddətinə həbs olunduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Oxşar yazılar